2022-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Məzun Gününün təşkilində fəallıq göstərən gənc əməkdaşlar, tələbələr və məzunlarla görüşüb.
Məzun Gününün yüksək səviyyədə keçməsindən məmnunluğunu bildirən rektor tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Gənclərin həyatında əlamətdar hadisələrdən sayılan Məzun Günündə Azərbaycan Respublikasının Təhsil nazirinin iştirak etdiyini diqqətə çatdıran Ş.Bayramov göstərilən diqqətə və dəstəyə görə minnətdarlığını ifadə edib.
Ali təhsilini başa vuran tələbə məzunları təbrik edən rektor görüş iştirakçılarına uğurlar arzulayıb.
Sonda “Məzun Günü-2022” tədbirinin təşkilində fəal iştirak edən gənclər təşəkkürnamə ilə təltif edilib və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, iyunun 28-də Azərbaycan Respublikasının Təhsil nazirinin iştirakı ilə MDU-da Məzun Günü keçirilib.
Şərhlər bağlıdır.