Mingəçevir Dövlət Universitetində könüllülük fəaliyyətinin inkişafı diqqət mərkəzindədir
2022-ci ilin 19 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İdman Könüllüləri və Azarkeşləri” İctimai Birliyinin (İKA) nümayəndə heyəti ilə görüşüb. Görüşdə İKA-nın sədri Atanur Cəfərli, baş katib Amal Əliyev, könüllülərlə iş üzrə katib Xəqani Fərəcov və koordinator Fəzilə Ağayeva iştirak edib.
Görüşdə tələbələrin hərtərəfli inkişafında mühüm rol oynayan könüllülük fəaliyyətinə MDU-da xüsusi diqqət yetirildiyi vurğulanıb. Universitetdə, eləcə də Mingəçevirdə keçirilən tədbirlərin təşkilində könüllü tələbələrin yüksək fəallıq göstərdiyi qeyd olunub. Bildirilib ki, MDU və İKA arasında əməkdaşlığın yaradılması regionda idmanın kütləviliyinin artırılmasına hədəflənən könüllülük fəaliyyətinin inkişafında və tələbələrin bu istiqamətdə bilik və bacarıqlarının artırılmasında yeni imkanlar qazandıracaq.
Sonra, MDU ilə İKA arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Görüşdən sonra, MDU-da təhsil alan İKA könüllüləri fəaliyyətlərinə görə müvafiq sertifikatlarla ilə təltif olunublar.
Qeyd edək ki, gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsini, onların hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.