Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində kibertəhlükəsizlik üzrə “GreenCTF24” adlı yarış baş tutub

2024-cü il dekabrın 4-də Mingəçevir Dövlət Universitetinin Kibertəhlükəsizlik laboratoriyasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “GreenCTF24” adlı yarış baş tutub. Yarışda Mühəndislik fakültəsinin tələbələrindən ibarət 5 komanda – Cyber Protectors, Zəfər, Cyber Ninjas, CyberShield və CyberGuard iştirak edib. Bu tədbir, həmrəylik və yaşıl texnologiyaların təşviqi ilə yanaşı, informasiya təhlükəsizliyi sahəsində tələbələrin bilik və bacarıqlarını sınamaq məqsədini güdüb.

MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva və İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva yarışın açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyəti və aktuallığı barədə danışıblar. Belə yarışların tələbələr üçün kibertəhlükəsizlik sahəsində biliklərini artırmaq, yeni əlaqələr qurmaq və peşəkar təcrübə qazanmaq baxımından mühüm rol oynadığını qeyd ediblər. İştirakçılara yarış zamanı uğurlar arzu edərək, mövzu ilə bağlı tövsiyələrini bölüşüblər.

Tədbir, İnformasiya texnologiyaları kafedrasının müəllimi Elvin Muradzadənin rəhbərliyi ilə Adil Əhmədzadə, Rahid Zahirov, İbrahim Məmmədov, Rəsul Əhmədov və Elcan İsaqov tərəfindən xüsusi olaraq hazırlanmış GreenCTF24 platforması üzərindən həyata keçirilib. Yarışın mövzuları arasında Kriptoqrafiya, Şəbəkə sərhədləri, Veb təhlükəsizliyi, Reverse Engineering, Steganografiya, Forensika, Binary Exploitation kimi sahələr yer alıb. İki mərhələdən ibarət olan və 5 saat davam edən mübarizədə iştirakçı komandalar kibertəhlükəsizlik məsələlərini həll edərək xal toplamağa çalışıblar. Bütün komandalar sona qədər mübarizə apararaq sıralamada ilk yerləri tutmaq uğrunda çalışıblar. Yarışın sonunda ən yüksək nəticəni əldə edən CyberShield komandası 11690 balla qalib olub. Öz növbəsində Neon Crypt komandası 7440 balla 2-ci yerə, Cyber Ninjas komandası isə 6940 balla 3-cü yerə layiq görülmüşlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.