Mingəçevir Dövlət Universitetində “İnklüziv Təhsil: Gələcək Perspektivlər” mövzusunda seminar keçirilib
13 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “İnklüziv təhsil: gələcək perspektivlər” mövzusunda əmək bazarının nümayəndələri ilə seminar keçirilib. Tədbirə Mingəçevir şəhərinin müxtəlif təhsil müəssisələrinin nümayəndələri qatılıb.
Seminarda Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Fərəh Cəlil, kafedra əməkdaşları Ayşən İsmayılova, Günel Nəcəfova, Aygün İsmayılova və Kərimov Aydın ilə yanaşı, Humanitar fənlər kafedrasından filologiya üzrə fəlsəfə doktoru Ayna Babazadə də iştirak ediblər. Tədbirdə, həmçinin Mingəçevir şəhərinin 6, 13, 15 nömrəli məktəblərindən, Mingəçevir Uşaq və Ailələrə Dəstək Mərkəzindən və 10 nömrəli uşaq bağçasından metodistlər iştirak ediblər.
6 nömrəli məktəbin direktoru Xurşud Zamanova və məktəbin digər müəllim heyəti, 13 və 15 nömrəli məktəblərdən olan müəllimlər, Mingəçevir Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti Elnarə Səmədova seminar zamanı inklüziv təhsilin gələcək inkişafı və perspektivləri ilə bağlı maraqlı fikir və təkliflərini bölüşüblər. Tədbirdə həmçinin Mingəçevir Dövlət Universitetinin “Təhsildə sosial-psixoloji xidmət” və “Məktəbəqədər təhsil” ixtisaslarının tələbələri də iştirak ediblər.
Seminarın əsas mövzularından biri də gələcəkdə tələbələrin əmək bazarına peşəkar kadr kimi hazırlanması yolları olub. Müzakirələr zamanı inklüziv təhsilin ölkəmizin təhsil sistemindəki rolu və əhəmiyyəti vurğulanaraq, bu sahədə gələcəkdə atılacaq addımlar müzakirə edilib.
Mingəçevir Dövlət Universiteti keçirilən bu seminarla inklüziv təhsilin inkişafına dəstək vermək və gələcəkdə bu sahədə peşəkar kadrların hazırlanması üçün müvafiq tədbirlərin görülməsini təmin etməyi hədəfləyir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.