Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində imtahan prosesi müşahidə edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində təşkil edilən imtahan prosesini izləyib.

Müşahidələr zamanı imtahanların mövcud qaydalara uyğun təşkili, imtahanlarda obyektivliyin və şəffaflığın təmin edilməsi, biliklərin qiymətləndirilməsi və daxil olan müraciətlərin operativ cavablandırılması məsələlərinə diqqət yetirilib, imtahanların gedişatı ilə bağlı müəllim və tələbələrin fikirləri öyrənilib.

Qeyd edək ki, MDU-da iyunun 3-dən başlayan yaz imtahan sessiyası iyulun 5-dək davam edəcəkdir. Cari imtahan sessiyası ərzində baş tutacaq 600-dən çox imtahanda 3000-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin edilib, rektorun iştirakı ilə müntəzəm “Açıq qapı” günləri keçirilir.

Şərhlər bağlıdır.