Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində İctimai Şura ilə Görüş

Tələbələrin uğurları, yeni laboratoriya və regional olimpiada qalibləri təltif olundu

269

2026-cı il yanvarın 29-da Mingəçevir Dövlət Universitetində Milli Məclisin deputatı Ceyhun Məmmədov və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə görüş keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyəti, tələbə-magistrantlar, İctimai Nəzarət Şurası üzvləri və məktəblilər iştirak edib.

Görüşdə MDU-da imtahan prosesi və İqtisadi Analitika və Modelləşdirmə Laboratoriyasının fəaliyyəti təqdim olunub. Rektor Anar Eminov universitetdə aparılan islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlıq və tələbəyönümlü idarəetmə barədə məlumat verib. Deputat Ceyhun Məmmədov və İctimai Şura üzvləri ali təhsildə keyfiyyət, ictimai nəzarət və universitet-cəmiyyət əlaqələrinin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində Mingəçevir Dövlət Universitetinin 10 tələbəsinə Türkiyə və Qazaxıstan universitetlərinə gediş biletləri təqdim olunub. Həmçinin, payız semestrində bütün fənlər üzrə 100 bal toplayan 8 tələbə və 6 magistrant sertifikat və “Fəxri təqaüd”lə təltif edilib.

Regional Riyaziyyat Olimpiadasının Mingəçevir mərhələsinin qalibləri də diplom və hədiyyələrlə mükafatlandırılıb. Tədbir sual-cavab sessiyası və xatirə fotosu ilə yekunlaşıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.