Mingəçevir Dövlət Universitetində “Hirş indeksi və onun tətbiqi” mövzusunda növbəti seminarlar keçirilib
2022-ci ilin 5 və 7 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Hirş indeksi və onun tətbiqi” mövzusunda növbəti seminarlar keçirilib. Seminarlarda Təhsil, İqtisadiyyat və idarəetmə fakütlələrinin bir qrup akademik heyət üzvü iştirak edib.
Şöbənin müdiri, dosent Vüqar Mustafayev təqdimatla çıxış edib. Təqdimatda elmi fəaliyyətdəki məhsuldarlığın ölçülməsi alətlərindən biri olan hirş indeksinin (h-indeksi) nəşrlərin və onlara edilən istinadların sayını, elmi tədqiqat istiqamətlərinin müxtəlifliyini özündə cəmləşdirdiyi diqqətə çatdırılıb, indeksin hesablanması qaydaları və tətbiqi barədə ətraflı məlumat verilib.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və təqdim edilən suallar cavablandırılıb.
Qeyd edək ki, elmi fəaliyyətin məhsuldarlığının və nəticəyönümlüyünün artırılmasını diqqət mərkəzində saxlayan MDU-da akademik heyət üzvlərinin bilik və bacarıqlarının artırılmasına hədəflənən müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.