Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda elmi konfransın bölmə iclasları
“2022-ci ilin 5 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfransın “Təhsil və humanitar elmlər” və “İqtisadiyyat və idarəetmə elmləri” bölmələrinin iclasları keçirilib.
“ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən bölmə iclaslarında həm MDU-nu, həm də respublikanın digər ali təhsil müəssisələrini və elmi-tədqiqat institutunu təmsil edən tədqiqatçıların məruzələri dinlənilib.
MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalovun moderatorluğu ilə keçirilən “Təhsil və humanitar elmlər” bölməsinin iclasında Azərbaycan Dövlət Pedaqoji Universitetindən professor Mais Əmrahov “Heydər Əliyev və Azərbaycan elmi”, dosent Kəmalə Quliyeva “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev mərhələsi”, Gəncə Dövlət Universitetindən baş müəllim Nərgiz Rəsulova “Dövlət müstəqilliyinin bərpasından sonra Gəncə şəhərinin infrastrukturunun yenidən qurulması” mözvzusunda çıxış ediblər. MDU müəllimlərindən isə Anar İsmayılov “Heydər Əliyev və Azərbaycanın Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu (1991-1993-cü illər)”, Aygün Qədirova “Heydər Əliyev və Şuşa”, Vüsalə Mövlayeva “Tarixin tədrisində şəxsiyyətlərin rolu”, Günel Nəcəfova “Heydər Əliyev gənclərlə iş sahəsində dövlət siyasətinin banisidir” və Səbinə Novruzova “Ədəbiyyatımızın inkişafinda Heydər Əliyevin rolu” mövzusunda məruzə ediblər.
“İqtisadiyyat və idarəetmə elmləri” bölməsinin iclası MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimlinin moderatorluğu ilə keçirilib. İclasda AMEA Tarix İnstitutundan dosent Leyla Hüseynova “Azərbaycan Respublikasının iqtisadi modelinin banisi”, MDU müəllimlərindən isə Vüqar Məmmədli “Azərbaycanda müasir vergi sisteminin təməli Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qurulmuşdur”, Ruhiyyə Hüseynova “Heydər Əliyev ideologiyasının təşviqi: Azərbaycanın Zəfər Yolu”, Nazim Niftəliyev “Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Beynəlxalq Təhlükəsizlik sistemində rolu”, Aynur Namazova “Müstəqil Azərbaycanın inkişafında Heydər Əliyev strategiyası”, Xəyalə Xəlilova “Heydər Əliyev və Azərbaycanda aqrar sahənin formalaşması” və Arif Kələşov “Heydər Əliyev və milli-iqtisadi inkişaf strategiyası” mövzusunda məruzə ediblər.
Məruzələrdə müasir və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin cəmiyyət həyatının hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edilib, Ulu Öndərin çoxşaxəli titanik fəaliyyətinin və zəngin idarəçilik irsinin müxtəlif aspektləri diqqətə çatdırılıb,
Bölmə iclaslarında böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar dahi şəxsiyyətin əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib, özündən sonra böyük idarəçilik məktəbini miras qoyan Ümummilli Liderin zəngin dövlətçilik irsinin davamlı surətdə öyrənilməsi və gənc nəsilə çatdırılmasının əhəmiyyətini vurğulayıblar.
Konfrans öz işini yekun iclasla başa vurub.
Qeyd edək ki, MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsiləvi tədbirlər çərçivəsində keçirilən elmi konfransa 11 ali təhsil müəssisəsi, 6 elmi-tədqiqat institutu olmaqla, bütövlükdə 22 fərqli təşkilatdan 116 məqalə və tezis daxil olub.
Şərhlər bağlıdır.