Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Dövlət qulluğunun prioritet məsələləri” mövzusunda seminar

446

2022-ci ilin 14 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzi (MDTM), Karyera və İnkişaf Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə “Dövlət qulluğunun prioritet məsələləri” mövzusunda seminar keçirilib.

MDU-nun tələbə və magistrantlarının qatıldığı seminarda “Dövlət və bələdiyə idarəetməsi” ixtisası üzrə magistrant Elşən Əliyev məruzə ilə çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Seminar tələbə və magistrantlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə və magistrantların hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, onların əlavə bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

Şərhlər bağlıdır.