Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Doğru hədəfə doğru” təlimi keçirilib

30 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetinin Təcrübə və Karyera İnkişafı Mərkəzi tərəfindən tələbə və məzunlar üçün “Doğru hədəfə doğru” adlı təlim təşkil olunub. Təlimin məqsədi tələbə və məzunlara məqsəd və hədəflərin müəyyənləşdirilməsi, onlara çatmaq üçün effektiv strategiyaların öyrədilməsi və qarşıya çıxacaq potensial səhvlərin aradan qaldırılması yollarını göstərmək idi.

Təlimdə iştirakçılar məqsəd və hədəf anlayışlarını dərindən mənimsəyib, məqsədə çatma alqoritmini öyrəniblər. Həmçinin, məqsədə çatmaq yolunda ciddi səhvlər və onların aradan qaldırılması yolları müzakirə edilib, iştirakçılar hədəfə çatma alətlərini təhlil etmə bacarığı qazanıblar. Təlim zamanı istifadə olunan metodlar və interaktiv yanaşmalar tələbələrin fəal iştirakı ilə yadda qalıb.

İqtisadiyyat kafedrasnın müəllimi peşəkar təlimçi Samrin Xanlayevin rəhbərliyi ilə keçən tədbir, iştirakçılara məqsədlərinə doğru addımları necə planlamalı olduqlarını göstərərək gələcək karyeraları üçün əhəmiyyətli töhfələr verib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.