2024-cü il 03 dekabr tarixində Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasında “Müalicə və sağlamlıq turizmi” fənnindən açıq dərs keçirilmişdir. Fənni tədris edən kafedranın müəllimi Lalə Əhmədova “Turizm işinin təşkii” ixtisası üzrə təhsil alan IV kurs Tİ21.1 saylı qrupun tələbələrinə “Azərbaycan regionlarının müalicə və sağlamlıq turizmi potensialının qiymətləndirilməsi” mövzusu üzərindən məşğələnin təşkil edildiyini qeyd etdi. Lalə Əhmədova bildirdi ki, Təbii müalicə ehtiyatlarına malik Azərbaycan bu ehtiyatlardan bərpa, profilaktika və müalicə məqsədi ilə istifadə etmək üçün zəruri şərait də yaradıb. Azərbaycanın ərazisi kurortlarla zəngin olan ölkələrdən biridir və həm istirahət, həm də müalicəni təmin edən müəssisələr (sanatoriyalar, istirahət evləri, pansionatlar, balneoloji və palçıq müalicə ocaqları, kurort poliklinikaları, bərpa mərkəzləri və s.), sanatoriya mühafizə zonaları və digər kurort infrastrukturunun təşkili üçün hər cür imkan var.
Lalə Əhmədova ölkənin milli təbii sərvətləri sırasında kurort ehtiyatları (mineral sular, müalicəvi palçıqlar, iqlim və s.), həmçinin onun infrastruktur sahələri iqtisadi və sosial əhəmiyyətə malik plduğunu vurğuladı. Müəllim təbii müalicə resursları kurortun ixtisaslaşma istiqamətlərini, ehtiyatları isə onun təminatını müəyyən etdiyini bildirdi. Bu ehtiyatların müalicəsağlamlıq turizmi məqsədilə istifadəsinin mümkünlüyü cəlb olunan iqtisadi amillərin (maliyyə, istehsal, kadr və s.) təminatı ilə ölçüldüyünü bildirdi. Qeyd etdi ki, təbii kurort-sağlamlıq resurslarından istifadə etməklə xroniki xəstəliklərin müalicəsi, kliniki müalicədən sonara pasiyentlərin bərpası, həmçinin sağlamlığın bərpası və profilaktikası, rekreasiya tədbirləri əldə etmək olar. Belə təbii müalicə ehtiyatlarına mineral sular, müxtəlif növ palçıqlar, Naftalan nefti, yodlu-bromlu, duzlu göllər, iqlim-landşaft, qumlu çimərliklər və s. aiddir. Lalə Əhmədova kurort ehtiyatlarının təsnifatında insanın sağlamlığı üçün lazım olan bütün landşaft və balneoloji amillərin cəmi nəzərə alındığını bildirdi. Bunlar aşağıdakı xüsusiyyətlərinə görə qruplaşdırılır: Landşaft-iqlim xüsusiyyətləri; Balneoloji ehtiyat potensialı; Naftalan müalicəvi nefti və palçıq vannaları; Müalicə-sağlamlıq turizmində istifadə üçün əlverişlilik; Ərazinin mənzərə müxtəlifliyi və ekoloji xüsusiyyətləri. Qeyd olunan xüsusiyyətlərin əsas göstəriciləri insanların sağlamlığının bərpası və mövcud texnologiyalardan istifadənin mümkünlüyünü nəzərə almaqla bərpa proseslərinə daxil edildiyini vurğuladı.
Sonra tələbələr qrup halında respublikamızın müxtəlif iqtisadi rayonlarının sağlamlıq turizmi potensialının qiymətləndirilməsi mövzusunda təqdimatlar üzərindən çıxışlar etdilər. Tələbələrdən Müşfiq Cəfərov Fədayə hacızadə, Elmira Mövsümzadə və Anar Rüstəmovun bilikləri müvafiq olaraq qiymətləndirilmişlər.
Dərsin sonunda “Sağlamlıq turizminin inkişafı” mövzusunda 15 sualdan ibarət intelektual yarış keçirilmişdir. Yarışın qalib komandası Zəhra Əliyeva, Taleh Mahmudov və Əli Ərəbli qiymət və hədiyyə ilə mükafatlandırılmışdır.
Qeyd edək ki, açıq dərsdə kafedra müdiri əvəzi b/m. Arif Tağıyev, dekan müavini b/m. Nazim Niftəliyev, Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin mütəxəssisi Aytən Musayeva, kafedranın müəllimləri i.f.d., baş müəllim Məlahət Rəhimova və müəllim Samrin Xanlayev iştirak etmişlər. Kafedrada açıq dərslər mütəmadi olaraq plan üzrə nəzərdə tutulan müddətdə həyata keçirilir.
Qeyd edək ki, MDU-da Açıq dərslər kafedraların tədris planları əsasında mütəmadi olaraq keçirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.