Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfransın canlı bölmə iclasları keçirilib

17 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və İKSAD İnstitutu (Türkiyə) tərəfindən təşkil olunan “XII Beynəlxalq Avrasiya tətbiqi elmlər konfransı” çərçivəsində üzbəüz bölmə iclasları keçirilib. Konfransın ilk günündə 4 müxtəlif bölmə üzrə iclaslar təşkil olunub. İclaslarda geniş bir elmi spektri əhatə edən mövzular üzrə məruzələr dinlənilib, dərin müzakirələr aparılıb.

Bölmə iclaslarında iştirakçılar öz elmi araşdırmalarını təqdim edərək, akademik və tədqiqat sahələrindəki yeniliklər barədə fikir mübadiləsi aparıblar. Məruzələr arasında iqtisadiyyat, mühəndislik, sosial elmlər və təbiət elmləri sahələrindəki tədqiqatlar yer alıb.

Tədbir zamanı iştirakçılara təqdim edilən suallar müzakirə edilib və akademik mühitdə təcrübə mübadiləsi genişlənib. Konfransın məqsədi Avrasiya regionunun müxtəlif ölkələrindən olan alimlər və tədqiqatçıları bir araya gətirərək, elmi əməkdaşlığın inkişafını təşviq etməkdir.

XIII Beynəlxalq Avrasiya tətbiqi elmlər konfransının üzbəüz iclaslarının yekunlaşması ilə yanaşı, konfransın növbəti mərhələsi 18 fevral 2025-ci il tarixində onlayn formatda keçiriləcək. Bu mərhələdə iştirakçılar daha geniş spektrdə mövzuları müzakirə etməyə davam edəcəklər.

Mingəçevir Dövlət Universiteti və İKSAD İnstitutu gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsini davam etdirməyi hədəfləyirlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.