02 dekabr 2024-cü il tarixdə Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsi “İqtisadiyyat” kafedrasının baş müəllimi Mehriban Kərimovanın IV kurs MU21 saylı qrupda “Audit” fənnindən açıq dərsi keçirilmişdir. Məşğələ dərsi “Auditdə tədqiqatlar və risklər”, “Auditin nəticələrinin sənədləşdirilməsi və auditor rəyi” və “Maliyyə hesabatları üzrə auditor hesabatı” mövzuları əsasında keçirildi. Mövzuların öyrənilməsində əsas məqsəd müəssisə və təşkilatlarda məcburi və könüllü auditin aparılması qaydası, yoxlama-ekspertizanın nəticələrinin necə sənədləşdirilməsi, auditor rəyinin tərtib olunma qaydasını və maliyyə hesabatları əsasında auditor hesabatının hazırlanması qaydasını öyrənmək idi. Tələbələr Tərlan Əliyev, Fəridə Səfərova, Uğur Mürsəlzadə, Xəyal Abbasov, Aytac Qədimova, Yunis Hacıyev və Babək Mirzəliyev öz çıxışları ilə yuxarıda qeyd edilən məsələlərə aydınlıq gətirməyə çalışdılar və fənn müəllimi baş müəllim Mehriban Kərimova tərəfindən müvafiq olaraq qiymətləndirildilər.
Açıq dərsdə Kafedra müdirinin müavini baş müəllim Arif Tağıyev, dekan müavini baş müəllim Nazim Niftəliyev, i.f.d., b/m. Məlahət Rəhimova, kafedranın əməkdaşı Gülnaz İsmayılova, Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin mütəxəssisləri Tamara Məmmədova və Aytən Musayeva iştirak ediblər.
Qeyd edək ki, MDU-da Açıq dərslər kafedraların tədris planları əsasında mütəmadi olaraq keçirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.