Mingəçevir Dövlət Universitetinin Energetika kafedrasında əmək bazarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Mingəçevir Su Elektrik Stansiyasının elektrik sexinin rəisi Bəxtiyar Əliyev və SKADA və rabitə üzrə aparıcı mütəxəssis Vüqar Vəliyev, həmçinin Azərbaycan İstilik Elektrik Stansiyasının 1 saylı qazan-turbin sexinin rəis müavini və stansiyanın həmkarlar ittifaqının sədri iştirak ediblər. Onlar energetika sektorunun cari vəziyyəti, sənayedə mövcud olan texnoloji yeniliklər və tələb olunan bacarıqlar haqqında ətraflı məlumat veriblər.
Mühəndislik fakültəsinin dekanı, dosent Almaz Əliyeva, tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla təmin edilməsinin vacibliyini vurğulayıb. Energetika kafedrasının müdiri dosent Ülkər Aşurova, ölçü cihazlarından istifadə, sayğac sistemləri, TEMPUS layihəsi və İKT bacarıqları sahələrində təcrübənin artırılmasının tələbələrin gələcək karyeralarında mühüm rol oynayacağını qeyd edib.
Görüş zamanı əmək bazarının ehtiyacları, mövcud problemlər və kadr hazırlığı prosesində diqqət yetirilməli məqamlar müzakirə olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.