Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti tələbələri “8 noyabr Zəfər Günü”nə həsr olunmuş hərbi ekskursiyada iştirak edib

Mingəçevir Dövlət Universitetinin bir qrup tələbəsi “8 Noyabr – Zəfər Günü” nə həsr olunmuş ekskursiyada iştirak edərək N saylı hərbi hissəni ziyarət ediblər. Ekskursiya çərçivəsində tələbələr hərbi hissənin müxtəlif bölmələri ilə tanış olub. Onlar əsgər yataqxanası, camaşırxana, yeməkxana və inzibati bina kimi yerləri görərək hərbçilərin gündəlik həyatı haqqında ətraflı məlumat əldə ediblər.

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Samrin Xanlayevin təşkil etdiyi ekskursiya, tələbələrə hərbi xidmətin mahiyyətini anlamaq və ölkənin müdafiəsində xidmət edən hərbçilərin gündəlik həyatı ilə tanış olmaq imkanı yaradıb.

Ekskursiya zamanı tələbələr hərbi hissənin əsas fəaliyyətlərinin aparıldığı qərargahla tanış olub. Burada tələbələr hərbçilərə öz suallarını ünvanlayıb. Hərbi hissənin zabiti onların suallarını diqqətlə cavablandıraraq, hərbi xidmətin məğzi, əsgərlərin üzləşdiyi çətinliklər və hərbi həyatın nizam-intizamı haqqında məlumat verib.

“Zəfər Günü”nə həsr olunmuş ekskursiya tələbələrdə dərin təəssüratlar yaradıb. Hərbi hissəyə baş çəkməklə onlar vətənin müdafiəsində xidmət edən əsgər və zabitlərin əzmkarlığına və fədakarlığına bir daha şahid olublar. Tələbələr hərbi xidmətin necə çətin və məsuliyyətli bir vəzifə olduğunu, ölkənin müdafiəsi üçün göstərilən səyləri daha dərindən anlayıblar.

Mingəçevir Dövlət Universiteti ələbələrin milli vətənpərvərlik ruhunda yetişməsinə xüsusi önəm verir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.