Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti publik hüquqi şəxsə çevrildi

https://nk.gov.az/az/document/6315/

Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və
Nizamnaməsinin təsdiq edilməsi haqqında
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə uyğun
olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Mingəçevir Dövlət Universiteti Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan
Mingəçevir Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. “Mingəçevir Dövlət Universitetinin Nizamnaməsi” təsdiq edilsin
(əlavə olunur).
3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar
qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Mingəçevir Dövlət
Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və
qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun
edilə bilər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 9 avqust 2022-ci il
№ 289

Şərhlər bağlıdır.