Mingəçevir Dövlət Universiteti (MDU) 2022-ci ilin 8-9 aprel tarixlərində Qazaxıstan Respublikasının KIMEP Universitetində onlayn formatda təşkil edilmiş 19-cu KIMEP Beynəlxalq Tədqiqat Konfransında təmsil olunub. “KIMEP Universitetinin 30 illiyi: lokal və qlobal təsir” mövzusunda keçirilən beynəlxalq konfransda 5 ölkənin 11 ali məktəbindən 60-a yaxın tədqiqatçının məruzələri dinlənilib.
Konfransda MDU-nun “İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, ”İqtisadiyyat” kafedrasının baş müəllimi Nazim Niftəliyev iştirak edib. O, konfransın “Menecment və marketinq” adlı bölmə iclasında “Müəssisədə strateji təşkilati və innovasiyalı dəyişikliklərin idarə olunmasının effektivliyinin yüksəldilməsi yolları” mövzusunda məruzəsini təqdim edib.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da elmi potensialın inkişaf etdirilməsi məqsədilə akademik heyət üzvlərinin respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi tədbirlərdə iştirakına xüsusi önəm verilir.
Şərhlər bağlıdır.