Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti Ağsu rayonunda abituriyentlərlə görüş təşkil edib

7 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Fərəh Cəlil, dosent Sahib Məmmədov və kafedranın müəllimi Verdiyeva Ülviyyə Ağsu rayon məktəblərində təbliğat və təşviqat işlərinin gücləndirilməsi məqsədilə abituriyentlərlə görüş keçirib.

Görüşün əsas məqsədi abituriyentlərə universitetin təklif etdiyi təhsil imkanları və universitet həyatı barədə məlumat vermək olub. Tədbirdə universitetin tədris proqramları, elmi tədqiqat işləri və tələbə həyatı ilə bağlı ətraflı təqdimatlar edilib.

Professor Fərəh Cəlil abituriyentlərə təhsil həyatında qarşılaşacaqları çətinliklər və bu çətinlikləri necə aşma yolları haqqında məsləhətlər verərək, Mingəçevir Dövlət Universitetinin ölkənin qabaqcıl təhsil müəssisələrindən biri olduğunu vurğulayıb. Dosent Sahib Məmmədov isə universitetin peşəkar kadr hazırlığı sahəsindəki uğurları barədə danışıb, təhsil alanların müvəffəqiyyətli karyera qurmaq imkanlarından bəhs edib.

Görüşdə abituriyentlər onları maraqlandıran sualları verərək, universitet haqqında daha geniş məlumat əldə ediblər. Tədbir sonunda Mingəçevir Dövlət Universiteti ilə əlaqədar məlumat materialları təqdim olunub və abituriyentlərə gələcəkdə ali təhsil almaq üçün motivasiya verilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.