Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Univeristetində “Konstitusiya və Suverenlik ili” çərçivəsində intellektual yarış keçirilib

14 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş intellektual yarış keçirilib.
Yarışın açılışında çıxış edən MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Bildirib ki, təhsil sistemində aparılan təkmilləşdirmənin əsas hədəflərindən biri də tələbələrin potensialının gücləndirilməsi, fərdi bacarıqlarının aşkarlanması və inkişaf etdirilməsidir.
Universitetdə keçirilən intellektual oyunlar və digər sosial tədbirlər gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, komanda ruhunun gücləndirilməsi və komanda ilə iş bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Açılış nitqin sonra tələbələrdən ibarət 6 komanda mübarizə aparıblar. Yarışda toplanılan ballara əsasən I yerdə “Qarabağ”, II yerdə “Green life” və III yerdə “Kainat” komandası qərarlaşıb.

Sonda qalib komandalar təltif olunublar.

Qeyd edək ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.