Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir–Ağstafa istiqamətində yeni qatar marşrutu açıldı

Mingəçevir–Bakı reysinin də bərpası gündəmdədir

41

Mingəçevirlə Ağstafa arasında yeni sərnişin qatarı marşrutu istifadəyə verilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, həftənin beşinci günü Ağstafadan çıxan ilk sərnişin qatarı Mingəçevir dəmiryolu vağzalına yetişəcək.

Məlumatda həmçinin bildirilib ki, növbəti mərhələdə uzun illər əvvəl dayandırılmış Mingəçevir–Bakı reysinin də işə salınması planlaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.