Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “Qarabağnamə” layihəsinə start verilib

Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi Elşən İsmayılovun layihəsinin açılışı və ilk təlimi baş tutub

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi Elşən İsmayılovun layihəsinin açılışı və ilk təlimi baş tutub.

Layihə vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra açılış nitqi ilə çıxış edən layihə rəhbəri Elşən İsmayılov gənclərə layihə ilə bağlı məlumat verib.

Təlimçi Tural Süleymanov ilk təlimdə gənclərə Azərbaycanın döyünən ürəyi Qarabağın strateji əhəmiyyəti, iqtisadi mövqeyi, özünəməxsus sərvətləri ilə bağlı məlumat verib. Təlim zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

Layihənin əsas məqsədi Qarabağın milli-mədəni irsi, strateji əhəmiyyəti, adət-ənənələri, coğrafiyası ilə bağlı gəncləri məlumatlandırmaq, onların əzəli torpaqlarımızın tarixi, mədəniyyəti ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq, ölkəmizin iqtisadi gücü və müasir ordu quruculuğu ilə bağlı gəncləri maarifləndirmək, Qarabağa vurulan zərər, hərbi təcavüz və işğalçılıq siyasətinin əsl məqsədlərini gənclərin diqqətinə çatdırmaqdır.

Şərhlər bağlıdır.