Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə məktəblilər üçün yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib

146

2022-ci ilin 10 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrası və Mingəçevir şəhər 7 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəblilər üçün “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq təşkil edilib.

Mingəçevir şəhər 7 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə bu təhsil ocağının müəllim və şagird kollektivi, universitetin bir qrup əməkdaşı iştirak edib.

Tədbirin açılışında çıxış edən məktəbin direktoru Anar İsmayılov və MDU-nun Mexanika kafedrasının müdiri Mahir İsmayılov son illərdə baş verən yol qəza hadisələrinin statistikasını və səbəblərini diqqətə çatdırıb, məktəbliləri yollarda ehtiyatlı olmağa çağırıb və tədbirin önəmini vurğulayıblar.

Sonra, MDU-nun Mexanika kafedrasının əməkdaşlarından Qaragöz Kərimov və Əli Qurbanov piyada keçidləri və işıqforlar barədə şagirdləri məlumatlandırıb və onların suallarını cavablandırıblar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.