Mingəçevirdə 2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ayrı-ayrı sahələrinin əsas göstəriciləri
Mingəçevir respublikanın eləcə də “Mərkəzi Aran iqtisadi rayonu”nun iri sənaye şəhərlərindən biri olmaqla yanaşı, həm də kənd təsərrüfatının ayrı-ayrı sahələrinin mövcud olduğu şəhərdir.
Mingəçevir şəhəri respublikanın eləcə də “Mərkəzi Aran iqtisadi rayonu”nun iri sənaye mərkəzlərindən biri olmaqla yanaşı, həm də kənd təsərrüfatının ayrı-ayrı sahələrinin mövcud olduğu şəhərdir.
2024-cü ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1455,3 min manat təşkil etmişdir ki, onun da 215,6 min manatı bitkiçilik, 1239,7 min manatı isə heyvandarlıq məhsullarının payına düşür.
2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının istehsalı 12,1 faiz az olmuşdur.
Bitkiçilik. Şəhərdə kənd təsərrüfatı məhsullarının yığımı davam edir və oktyabr ayının 1-nə kimi tarlalardan 90,0 ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,6 faiz az dənli və dənli paxlalı bitkilər, 32,0 ton (70,9 faiz az) günəbaxan, 41,8 ton (12,9 faiz az) tərəvəz, 39,0 ton (15,2 faiz az) kartof, 31,9 ton (10,9 faiz az) meyvə və giləmeyvə, 15,0 ton (4,5 faiz az) üzüm yığılmışdır.
Bütün təsərrüfat kateqoriyaları üzrə bitkiçilik məhsullarının yığımı
2024-cü il yanvar-sentyabr | 2023-cü il yanvar-sentyabr | ||||||
Yığılmış
sahə, hektar |
Yığılmış
sahə əkin sahəsinə %-lə |
Yığılmış
məhsul, ton |
Məhsul-
darlıq, sent/ha |
Yığılmış
sahə, hektar |
Yığılmış
məhsul, ton |
Məhsul-
darlıq, sent/ha |
|
Dənli və dənli
paxlalı bitkilər- cəmi |
55,0 | 100,0 | 90,0 | 16,4 | 54,0 | 121,0 | 22,4 |
o cümlədən: | |||||||
arpa | 55,0 | 100,0 | 90,0 | 16,4 | 54,0 | 121,0 | 22,4 |
Dən üçün
günəbaxan |
40,0 | 100,0 | 32,0 | 8,0 | 55,0 | 110,0 | 20,0 |
Kartof | 4,3 | 100,0 | 39,0 | 90,7 | 5,0 | 46,0 | 92,0 |
Tərəvəz | 10,5 | 98,1 | 41,8 | 39,8 | 11,8 | 48,0 | 40,6 |
Meyvə və
giləmeyvə |
81,9x) | – | 31,9 | – | 88,0x) | 35,8 | – |
Üzüm | – | – | 15,0 | – | – | 15,7 | – |
x) əkin sahəsi
Heyvandarlıq. 2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə diri çəkidə 44,0 ton ət, 1018,4 ton süd, 109,0 min ədəd yumurta və 6,0 ton yun istehsal edilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət 2,2 ton və ya 4,8 faiz, süd 30,4 ton və ya 2,9 faiz, yumurta istehsalı 3,0 min ədəd və ya 2,7 faiz, yun istehsalı isə 0,8 ton və ya 11,8 faiz az olmuşdur.
Heyvandarlıq məhsullarının istehsalı
Məhsulun adı | 2024-cü ilin yanvar-sentyabr ayları | 2023-cü ilin yanvar-sentyabr ayları | 2024-cü ilin yanvar-sentyabr ayları 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən | |
% | +, – | |||
Ət (diri çəkidə), ton | 44,0 | 46,2 | 95,2 | -2,2 |
Süd (fiziki çəkidə), ton | 1018,4 | 1048,8 | 97,1 | -30,4 |
Yumurta, min ədəd | 109,0 | 112,0 | 97,3 | -3,0 |
Yun (fiziki çəkidə), ton | 6,0 | 6,8 | 88,2 | -0,8 |
2024-cü ilin oktyabrın 1-i vəziyyətinə 1812 baş iribuynuzlu mal-qara (ondan 905 baş inək və camış) və 3748 baş qoyun və keçilər mövcud olmuşdur. 2023-cü ilin oktyabr ayının 1-i vəziyyəti ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 9,4 faiz (ondan inək və camışlar 9,7 faiz az), qoyun və keçilərin sayı isə 2,1 faiz az olmuşdur.
Mal-qaranın sayı, 2024-cü ilin oktyabrın 1-i vəziyyətinə, baş
2024-cü ilin yanvar-sentyabr ayları | 2023-cü ilin yanvar-sentyabr ayları | 2024-cü ilin yanvar-sentyabr ayları 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən | ||
% | +, – | |||
İribuynuzlu mal-qara | 1812 | 2001 | 90,6 | -189 |
ondan: | ||||
inək və camışlar | 905 | 1002 | 90,3 | -97 |
Qoyun və keçilər | 3748 | 3830 | 97,9 | -82 |
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.