Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə 2023-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ayrı-ayrı sahələrinin əsas göstəriciləri

Mingəçevir respublikanın eləcə də “Mərkəzi Aran iqtisadi rayonu”nun iri sənaye şəhərlərindən biri olmaqla yanaşı, həm də kənd təsərrüfatının ayrı-ayrı sahələrinin mövcud olduğu şəhərdir.

Bitkiçilik. 2023-cü ilin məhsulu üçün şəhər üzrə 175,0 hektar kənd təsərrüfatı bitkiləri əkilmiş, ondan 109,0 hektarını dənli, paxlı və yağlı bitkilər (54,0 hektar arpa, 55,0 hektar günəbaxan dəni), 12,0 hektarını tərəvəz, 5,0 hektarını kartof və 49,0 hektarını isə çoxillik otlar təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 1,4 faiz az olmuşdur.

Qrafik 1

Mingəçevir şəhəri üzrə 2023-cü ilin məhsulu üçün olan kənd təsərrüfatı bitkilərinin əkin sahəsi aşağıdakı cədvəllə xarakterizə olunur.

Cədvəl 1

Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar

 

2023-cü ilin yanvar-sentyabr ayları

2022-ci ilin yanvar-sentyabr ayları

2023-cü ilin yanvar-sentyabr ayları 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə

Dənli, paxlalı və yağlı bitkilər

109,0

135,0

80,7

o cümlədən:      
  arpa

54,0

135,0

40,0

  günəbaxan dəni

55,0

Tərəvəz

12,0

14,1

85,1

Kartof

5,0

5,3

94,3

Çoxillik otlar

49,0

23,0

2,1 dəfə

Əkin sahəsi, cəmi

175,0

177,4

98,6

2023-cü ilin may ayından başlayaraq kənd təsərrüfatı məhsullarının toplanışına başlanmışdır. 2023-cü ilin may-sentyabr ayları ərzində 5,0 hektar kartof sahəsindən 46,0 ton məhsul toplanmışdır ki, buda əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,0 ton və ya 2,2 faiz çox olmuşdur. Hesabat dövründə 12,0 hektar tərəvəz sahəsi əkilmişdir ki, bunun da 11,8 hektar və ya 98,3 faizi yığılmışdır. Yığılmış sahədən 48,0 ton məhsul toplanmışdır ki, buda əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 ton və ya 13,7 faiz az olmuşdur. 2022-ci ilin may-sentyabr ayları ərzində 35,8 ton meyvə və giləmeyvə toplanmışdır ki, buda əvvəlki illə müqayisədə 1,7 ton və ya 4,5 faiz az olmuşdur.

Heyvandarlıq. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə 46,2 ton ət (diri çəkidə) kəsilmiş, 1048,8 ton süd (fiziki çəkidə) sağılmış, 6,8 ton yun (fiziki çəkidə) və 112,0 min ədəd yumurta istehsal edilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət (diri çəkidə) kəsimi 3,2 ton və ya 6,5 faiz, yumurta istehsalı 4,0 min ədəd və ya 3,4 faiz az, süd sağımı (fiziki çəkidə) 19,9 ton və ya 1,9 faiz, yun istehsalı (fiziki çəkidə) isə 1,4 ton və ya 25,9 faiz çox olmuşdur.

Cədvəl 2

Heyvandarlıq məhsullarının istehsalı, sentner

 

2023-cü ilin yanvar-sentyabr ayları

2022-ci ilin yanvar-sentyabr ayları 2023-cü ilin yanvar-sentyabr ayları 2022-ci ilin müvafiq dövrünə nisbətən

%

+, –

Ət (diri çəkidə)

462,0 494,0 93,5 -32,0
Süd (fiziki çəkidə)

10488,0

10289,0 101,9

199,0

Yumurta, min ədəd

112,0

116,0 96,6

-4,0

Yun (fiziki çəkidə)

68,0 54,0 125,9

14,0

Qrafik 2

2023-cü ilin oktyabr 1-i vəziyyətinə şəhərdə 2001 baş iribuynuzlu mal-qara (ondan 1002 baş inək və camış) və 3830 baş qoyun və keçi mövcud olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 14,7 faiz (ondan inək və camışlar 14,1 faiz az), qoyun və keçilərin sayı isə 16,7 faiz az olmuşdur.

Cədvəl 3

Mal-qaranın sayı, 2023-cü ilin oktyabrın 1-i vəziyyətinə, baş

 

2023-cü ilin yanvar-sentyabr ayları

2022-ci ilin yanvar-sentyabr ayları 2023-cü ilin yanvar-sentyabr ayları 2022-ci ilin müvafiq dövrünə nisbətən
%

+, –

İribuynuzlu mal-qara

2001

2346 85,3

-345

ondan:        
  inək və camışlar

1002

1166 85,9

-164

Qoyun və keçilər

3830

4599 83,3

-769

Şərhlər bağlıdır.