Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Sənaye müəssisələri tərəfindən 2022-ci ilin yanvar-mart aylarında 74248,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 16,8 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 11,1 faizi emal sektorunda, 87,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Tikinti müəssisələri tərəfindən 2022-ci ilin yanvar-mart ayları ərzində şəhərdə 47 fərdi yaşayış evi tikilib, 2183,8 min manatlıq əsas fondlar istifadəyə verilmişdir.

Şəhərdə əsas kapitala cəmi 2183,8 min manat investisiya yönəldilmişdir ki, bunun da 2063,0 min manatı tikinti-quraşdırma işləridir.

2022-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə 15,2 ton ət (diri çəkidə) kəsilmiş, 275,8 ton süd (fiziki çəkidə) sağılmış və 62,0 min ədəd yumurta istehsal edilmişdir.

Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-mart aylarında 190,0 min ton yük və 5418,0 min sərnişin daşınmışdır. 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınması 9,2 faiz, sərnişin daşınması isə 17,8 faiz artmışdır.

İnformasiya və rabitə müəssisələri 2022-ci ilin yanvar-mart aylarında 1683,1 min manatlıq xidmət göstərmişdir ki, onun da 19,7 faizi və ya 331,2 min manatı əhali sektoruna aid olmuşdur. 2021-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 3,9 dəfə və ya 1341,0 min manat artmışdır.

2022-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 113185,2 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 17533,9 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 13,2 faiz, ödənişli xidmətlərin həcmi isə 15,8 faiz artmış, ticarət şəbəkəsindən 73339,7 min manatlıq ərzaq məhsulları, 39845,5 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 113,1 faiz, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları üzrə 117,2 faiz, qeyri-ərzaq malları üzrə 104,0 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 114,3 faiz təşkil etmişdir.

İlkin hesablamalara görə 2022-ci ilin yanvar-mart aylarında şəhərdə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 16,3 faiz artaraq 554,8 manat təşkil etmişdir.

İlkin hesablamalara görə əhalinin sayı 01 aprel 2022-ci il tarixinə 106614 nəfər olmuşdur.

Şərhlər bağlıdır.