Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Gəncləri Ulu Öndər Heydər Əliyevi hörmət və ehtiramla anıb

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib

Mərkəzin əməkdaş və könüllüləri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub. Mingəçevir Heydər Əliyev Mərkəzinə ekskursiya edən gənclər ekskursiya zamanı Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto və eksponatlarla tanış olub. Onları maraqlandıran sualları cavablandıran mərkəzin əməkdaşı Ümummilli Liderin şəhərimizə olan səfəri ilə bağlı məlumat verib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyası” mövzusunda dəyirmi masa keçirilib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi və Mingəçevir regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə gənclərə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı, Azərbaycan gəncliyi üçün xidmətləri ilə bağlı məlumat verilib. Görüşdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Tutu Xanlarova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Emil Xanlarov, Mingəçevir Dövlət Universitetinin “Tarix” fakültəsinin tələbəsi Pənah Hüseynov milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində Ulu Öndərin həyata keçirdiyi tədbirlərdən danışıb.

Sonda gənclər sadəcə tariximizə deyil, qəlblərimizə də adını əbədi olaraq həkk etdirən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Xilaskar ömrü” filmini izləyib.

Şərhlər bağlıdır.