Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin tələbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsilini uğurla başa vurub

238

2022-ci ilin 21 iyun tarxində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” mübadilə proqramı çərçivəsində cari semestr ərzində Rumıniyanın Transilvaniya Braşov Universitetində təhsil almış MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Nadir Hüseynovla görüşüb.

Mübadilə proqramı çərçivəsində təhsil müddətini uğurla başa vuran tələbəni təbrik edən rektor Ş.Bayramov, xaricdə təhsilin gənclərin hərtərəfli inkişafı üçün qazandırdığı təcrübələrdən və yeni fürsətlərdən bəhs edib. Müasir dövrün tələblərinə uyğun yüksək ixtisaslı kadr kimi formalaşmağın başlıca meyarlarından danışan rektor, bununla bağlı tələbəyə müvafiq tövsiyələrini verib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Tələbə N.Hüseynov göstərilən diqqətə və yaradılan imkana görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə və müəllim heyətinin potensialının inkişaf etdirilməsi məqsədilə “Erasmus+” və digər mübadilə proqramlarında fəal iştirakı təmin etmək üçün müvafiq şəraitin yaradılmasına xüsusi diqqət yetirilir.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.