Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin tələbə və əməkdaşları Mingəçevir Sənaye Parkında infoturda

415

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin tərkibində fəaliyyət göstərən İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə Mingəçevir Sənaye Parkına (MSP) infotur təşkil edilib. İnfoturda kafedranın bir qrup akademik heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər.

İnfotur çərçivəsində universitet heyəti MSP-nin istehsalat bölmələri və laboratoriyalarında texnoloji proseslərlə tanış olublar, informasiya-idarəetmə texnologiyaları və sistemləri barədə məlumatlandırılıblar.

İnfotur iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına töhfə verən müvafiq infoturların və ekskursiyaların təşkilinə xüsusi diqqət yetirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.