Mingəçevir Dövlət Universitetinin rəhbər və akademik heyətindən bir qrup əməkdaş Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anım günündə iştirak edib
Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımov 02 yanvar 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Sonralar ailəsi Mingəçevir şəhərinə köçüb.
1992-ci ilin müharibəsində Natiq könüllü olaraq cəbhəyə yollanıb. Düşmənə qarşı, torpaqlarımızın azadlığı üçün döyüşüb.Son döyüş yeri Ağdam rayonunun Xramort kəndi yaxınlığında olan qədim Alban kilsəsi olub. Natiqin qəhrəmanlığı, bayrağımızı qoruması, düşmən qarşısında məğrurluğu danılmazdır. O dövrdə bəzi xarici jurnalistlər döyüş bölgələrinə gedib canlı kadrlar əldə ediblər. İtaliyalı fotomüxbir Enriko Sarzinin çəkdiyi şəkildə Natiqin məğrurluğu aydın görünür.
Allah Şəhid qardaşlarımıza rəhmət eləsin, ruhları şad olsun!
12 mart 1992-ci Natiqin həlak olduğu gündür, onun anım günüdür. Mingəçevir Şəhərində AzQRES qəsəbəsində Y.Mənsirov küçəsində Natiqin yaşadığı binanın divarına onun barelyefi, binanın yaxınlığıda isə xatirə bulaq kompleksi yaradılmışdır. Anım günündə Mingəçevir ŞİH-nin təşkil etdiyi tədbirdə Mingəçevir Dövlət Universitetinin rəhbər və akademik heyətindən bir qrup əməkdaş iştirak etmişdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.