Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin müəllimləri məktəblərdə Ulu Öndərə həsr olunan mühazirələr oxuyublar

213

2022-ci ilin 5-10 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə universitetin bir qrup müəllimi tərəfindən şəhərin yeddi məktəbində şagirdlər üçün ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan mühazirələr oxunub.

Proqrama uyğun olaraq, MDU-nun akademik heyət üzvlərindən Mirzə Cavadov Mingəçevir şəhər 16 saylı tam orta məktəbdə, Rahilə Məmmədova 3 saylı tam orta məktəbdə,  Mətanət Yusifova 10 saylı tam orta məktəbdə, İlham Məmmədov 13 saylı tam orta məktəbdə, Leyla Babayeva 18 saylı tam orta məktəbdə, Səadət Ağakişiyeva 4 saylı tam orta məktəbdə və Şəlalə Quliyeva 14 saylı tam orta məktəbdə məruzələrlə çıxış ediblər.

Məruzələrdə müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyi uzaqgörən siyasətindən və titanik fəaliyyətindən bəhs edilib, Ümummilli Liderin təhsilə, uşaqların və gənclərin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan danışılıb, əbədiyaşar liderin gənclərlə bağlı tövsiyələri xatırlanıb.

Mühazirələr məktəblərin şagird və müəllim kolektivi üzvləri tərəfindən böyük maraqla qarşılanıb. Məktəblilər faydalı və maraqlı mühazirələrə görə MDU-nun müəllimlərinə, eləcə də göstərdikləri dəstəyə görə universitetin və şəhər təhsil şöbəsinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, MDU-da Ulu Öndərə həsr olunan müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliği universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir.

ŞƏRH YAZIN