Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid və qazi ailələrini ziyarət ediblər

5

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 31 delabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, hazırda iki övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun və valideyni MDU-da çalışmış şəhid Şahmar Seyidovun ailəsinə də baş çəkiblər. Unversitet əməkdaşları MDU-nun qazi məzunu Abdulla Abdullayevi də evində ziyarət ediblər.

Ailə üzvləri ilə görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, qazilərin fədakarlığından danışılıb, ailə üzvlərinə bayram sovqatları təqdim olunub. Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi diqqət mərkəzində saxlanılır.

Şərhlər bağlıdır.