Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetini “TEKNOFEST Azərbaycan”da təmsil etmiş komandalar ilə görüş keçirilib

393

2022-ci ilin 9 iyun tarixində Mingəçevir Dövlət Universitetini (MDU) “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında təmsil etmiş komandaların üzvləri ilə görüş keçirilib.

Görüş iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov universitetdə qardaş Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalında iştiraka xüsusi önəm verildiyini vurğulayıb. Rekor festivala müraciət edən MDU-nun 17 komandasından 3-nün finala yüksəlməsini regionda yerləşən ali təhsil müəssisəsi üçün əlamətdar hal hesab edib. Festivala təqdim edilmiş startap layihələrin daha da təkmilləşdirilməsindən söhbət açan Ş.Bayramov komandalara bunlarla bağlı keçirilən müxtəlif müsabiqələrdə fəal iştirak etməyi tövsiyə edib və onlara uğurlar arzulayıb.

Sonra, komandaların üzvləri təşəkkürnamə ilə təltif edilib və xatirə şəkilləri çəkdirilib.

Görüş iştirakçıları göstərilən diqqətə və dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, cari ilin 26-29 may tarixlərində keçirilmiş “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının Aqrar texnologiyalar müsabiqəsi və “Smart Qarabağ” hakatonunda MDU 13 tələbə və mentorun daxil olduğu 3 komanda ilə təmsil olunub. Festivalda MDU-nun “Sevil” komandası “Ağıllı müqəvva – əkin tarlalarının uzaqdan qorunması”, “Aqrinova” komandası “İrrinova – süni intellektlə suvarmanın uzaqdan idarə olunması” və “Zəfər” komandası “GarabaghVRTEX – Qarabağdakı tarixi məkanların virtual reallıq ilə gəzinti cihazının dizaynı” layihələrini nümayiş etdiriblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.