Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində Ümummilli Liderə həsr edilmiş kitab sərgisi

197

Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan kitab sərgisi keçirilib. MDU Kitabxanasının təşkilatçılığı ilə universitetin ikinci tədris binasının həyətində keçirilən sərgidə Mühəndislik və Təhsil fakültəsinin tələbələri iştirak ediblər.

Əvvəlcə, tələbələr Ulu Öndər Heydər Əliyevin büstünün qarşısına gül dəstələri düzüb və dünyaşöhrətli siyasətçinin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Sərgidə gənclər əbədiyaşar lider, müasir Azərbaycan dövlətinin memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu və titanik fəaliyyətindən bəhs edən kitablarla tanış olublar.

Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da Ulu Öndərə həsr olunan müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliği universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir.

ŞƏRH YAZIN