Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində tələbələrin əl işlərindən ibarət sərgi keçirilib

22

2023-cü il mayın 5-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində tələbələrin əl işlərindən ibarət sərgi keçirilib. Universitetin həyətində keçirilən sərgidə MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

Sərgiyə baxış keçirən MDU-nun rektoru Şahin Bayramov tələbələrin əl işləri ilə yaxından tanış olub.Tələbələr hazırladıqları əl işləri və çəkdikləri rəsmlər haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, bəzi əl işi nümunələri təkrar istehsala yararlı olan tullantılardan hazırlanıb. Sərgidə nümayiş etdirilən müxtəlif maketlər, rəsmlər, toxuculuq və digər əl işləri əsasən Vətən müharibəsi və işğaldan azad edilmiş bölgələrə, Mingəçevir şəhərinə və ölkə turizminə həsr olunub.

Tələbələrin yaradıcı təşəbbüslərinin universitetdə daim dəstəkləndiyini qeyd edən rektor bu tipli tədbirlərin gənclərin hərtərəfli inkişafında və motivasiyasındakı önəmini diqqətə çatdırıb, sərginin təşkilində əməyi olan tələbələrə və kollektiv üzvlərinə təşəkkürünü bildirib. Sonra, xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, MDU-da “Heydər Əliyev İli” çərçivəsində müxtəlif tədbirlər keçirilir.

Şərhlər bağlıdır.