Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində tələbələr narkomaniya əleyhinə maarifləndiriliblər

259

2022-ci ilin 21 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) narkomaniya əleyhinə maarifləndirmə məqsədilə tələbə və magistrantlar arasında “Narkomaniyaya “Yox” deyək!” devizi altında məlumatlandırıcı söhbətlər aparılıb.

Gənclərlə aparılan söhbətlər zamanı narkomaniyanın səbəbləri və törətdiyi fəsadlar, onun insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, narkomaniyaya qarşı mübarizədə ictimai qınağın və həmrəyliyin vacibliyi diqqətə çatdırılıb, gənclərin zərərli vərdişlərdən qorunmaları üçün müvafiq tövsiyələr verilib və bununla bağlı məlumatlandırıcı bukletlər paylanılıb.

Qeyd edək ki, dünyada hər il 26 iyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə MDU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.