Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Sahibkar kimi düşün” mövzusunda təlim

510

2022-ci ilin 2 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Sahibkar kimi düşün” mövzusunda təlim keçirilib. Təlim martın 5-dən etibarən MDU-da rəqəmsal media bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlim proqramı çərçivəsində baş tutub.

Universitetin tələbə və magistrantlarının qatıldığı təlimdə təqdimatla çıxış edən KİM-in direktoru Cəlil Bağırov sahibkar kimi düşünmək bacarıqlarının inkişaf etdirilməsinin önəmindən danışıb və iştirakçılara mövzu ilə bağlı praktiki tapşırıqlar verib.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının artırılmasına hədəflənən müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

 

Şərhlər bağlıdır.