Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində növbəti tələbə elmi konfransı keçirilib

187

2022-ci ilin 27 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin (TEC) XIV elmi  konfransı keçirilib. Konfransda MDU-nun Təhsil fakültəsinin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Konfrası giriş sözü ilə açan fakültənin dekanı Nizami Zeynalov proqrama daxil olan məruzələrin aktuallığından bəhs edib. Tələbələrin elmi araşdırmalara marağının artırılması və onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi baxımından TEC-in bu tipli fəaliyyətlərini müsbət dəyərləndirən N.Zeynalov konfransın işinə uğurlar arzulayıb.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU Təhsil fakültəsinin tələbələrindən Əli Abbasov “Zəfərə aparan yolun Şuşa zirvəsi”, Sevda Lətifova “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili: inklüziv təhsil günün tələbidir”, Cəmilə Balakişiyeva “Təhsilalnların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim: xarici dil dərslərində linqvistik kompetensiyaların aşılanması yolları”, Xəyalə Rzayeva “Şəriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmunu: ümumtəhsil məktəblərində riyaziyyat kurikulumunun əsas xüsusiyyətləri”, Çiçək Şükürova “Uşaqların məruz qaldığı ailə zorakılığı: problem və onun həlli yolları”, Ayaz Məmmədov “Ədədi inteqrallaşma üçün alqoritmlər” və Səkinə Adıgözəlzadə “Çiçəklənən Şuşaya qayıdan ədəbi-bədii ruh” mövzusunda məruzələrlə çıxış ediblər.

Tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin elmi fəaliyyətə cəlbinin təşviq edilməsi və tədqiqat bacarıqlarının artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.