Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində Gənc Avropa Səfirləri tərəfindən infosessiya

191

2022-ci ilin 16 aprel tarixində Mingəçevir Dövlət Universitetində Gənc Avropa Səfirləri şəbəkəsinin (YEAN – Young European Ambassadors Network) təşəbbüsü ilə Avropa İttifaqının gənclər üçün təklif etdiyi təqaüdlü imkanlarla bağlı infosessiya keçirilib. Universitetin əsas tədris binasının akt zalında təşkil olunan infosessiyada MDU-nun tələbə və magistrantları iştirak ediblər.

İnfosessiyada Gənc Avropa Səfirlərindən Kamilə Süleymanlı “Xarici ali təhsil müəssisələrinə müraciət”, Aytac Möhsümzadə “Vişegrad təqaüd proqramı”, Rəhim Abbasov “Erasmus+ ilə qısa və uzunmüddətli mübadilə, ESC proqramları”, Sadiq Hacılı “DAAD təqaüd proqramı”, Əli Məmmədov “Erasmus Mundus proqramı”, Rauf Məmmədyarov “Avropa Birliyində təcrübə imkanları” və Cavid Rəhimli “Gənc Avropa Səfirləri” mövzularında təqdimatlarla çıxış ediblər.

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da milli və beynəlxalq ali təhsil məkanında mövcud imkanlardan maksimum və səmərəli şəkildə faydalanmağı təmin etmək məqsədilə bu sahədə baş verən yeniliklər və dəyişikliklər barədə universitetin tələbə və müəllim kollektivi üzvləri arasında müvafiq məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

ŞƏRH YAZIN