2022-ci ilin 25 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktrantura Təhsil Mərkəzi (MDTM), Karyera və İnkişaf Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə “Canlı prototiplər yeni texnikanın açarıdır” mövzusunda tələbə və magistrantlar üçün seminar keçirilib.
Seminarda MDU-nun magistrantı Aysel Bayramova təqdimatla çıxış edib. Təqdimatda A.Bayramova biologiya, fizika, kimya və mühəndislik elmləri ilə sıx bağlılığı olan bionika haqqında ətraflı məlumat verib, canlı orqanizmlərin quruluşu və həyat fəaliyyətinin təhlili əsasında mühəndislik problemlərinin həllindən bəhs edib və müasir texnologiyalarda geniş tətbiq olunan bionika modellərindən söhbət açıb.
Təqdimat seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və onların çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə və magistrantların hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, onların əlavə bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.