Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində açıq dərs: Torpağın mühafizəsi

125

2022-ci ilin 27 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində “Ümumi ekologiya” fənni üzrə “Torpağın mühafizəsi” mövzusunda açıq dərs keçirilib. MDU-nun “Fizika və ekologiya” kafedrasının müəllimi Aytac Cavadovanın apardığı açıq dərsi “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı, bir qrup akademik və inzibati heyət üzvü, Mingəçevirdə fəaliyyət göstərən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) əməkdaşları dinləyib.

Gənc müəllim dərsdə litosfer və onun tərkib hissələri, torpaqların coğrafi yayılması qanunauyğunluqları, təbii və antropogen amillərin torpaqların münbitliyinə təsirləri və törətdiyi fəsadlar, torpaqların mühafizəsi yollarından bəhs edib. Mühazirə dinlənildikdən sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonra, RETSİ-nin əməkdaşları Gültac Rzabəyli-Alıyeva və Fərid Məlikov ölkədə torpaqlardan istifadə və onların mühafizəsi ilə bağlı mövcud qanunvericiliyin tələblərindən, tətbiq edilən qaydalar və inzibati tədbirlər barədə ətraflı məlumat veriblər.

Açıq dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.