Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti və Qazi Universiteti arasında əməkdaşlıq inkişaf edir

395

2022-ci ilin 7-8 dekabr tarixlərində Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin dekanı Süleyman Tekeli və Kompüter mühəndisliyi bölümü rəhbəri Osman Ayhan Erdem Mingəçevir Dövlət Universitetində olublar.

Səfər çərçivəsində MDU-nun rektoru Şahin Bayramov ilə aparılan müzakirələrdən sonra nümayəndə heyəti universitetin bir qrup professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları ilə görüşüb.

Görüşdə qonaqları və iştirakçıları salamlayan Ş.Bayramov Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən olan Qazi Universitetinin professorlarını MDU-da görməkdən məmnunluğunu bildirib. Qazi Universiteti ilə işbirliyinin inkişafından və həyata keçirilən birgə fəaliyyətlərin konkret nəticələrindən bəhs edən rektor növbəti mərhələdə universitetlər arasında əməkdaşlıqdan başlıca gözləntilərini diqqətə çatdırıb. MDU-nun yeni dövrün universitetinə çevrilməsi yolunda qarşıya qoyulmuş prioritet vəzifələrin yerinə yetirilməsində qardaş ölkənin tərəfdaş universitetinin dəstəyinin önəmini vurğulayan Ş.Bayramov, Qazi Universitetinin rektoru ilə keçirilmiş əvvəlki görüşlərdə razılaşdırılan əməkdaşlıq istiqamətlərini diqqətə çatdırıb, əməkdaşlığın inkişafına töhfə verən bütün akademik və inzibati heyət üzvlərinə təşəkkürünü bildirib.

MDU kollektivi ilə bir arada olmaqdan məmnunluğunu ifadə edən Qazi Universitetinin Texnoloji fakültəsinin dekanı S.Tekeli, əvvəlcə, təmsil etdiyi universitetin rektoru Musa Yıldızın salamlarını çatdırıb. Cari ilin fevral ayında MDU-nun rektoru ilə Bakıda keçirilən görüşü xatırladan fakültə dekanı ikitərəfli əməkdaşlığın başlıca istiqamətlərindən birinin MDU-da İnformasiya Texnologiyaları fakültəsinin yaradılmasına və Mühəndislik fakültəsinin yenidən qurulmasına müvafiq dəstəyin göstərilməsi olduğunu qeyd edib. Bu məqsədlə işbirliyinə daim açıq olduqlarını bildirən S.Tekeli geniş təqdimatla çıxış edərək rəhbərlik etdiyi fakültənin başlıca nailiyyətləri ilə bağlı ətraflı məlumat verib, MDU-da mühəndislik və informasiya texnologiyaları sahəsində kadr hazırlığının müasir tələblərə uyğun təşkil edilməsi məqsədilə birgə fəaliyyətlərin potensial istiqamətləri barədə danışıb. MDU-da görülən işləri yaxından izlədiyini və modernləşmə yolunda dinamik dəyişikliklərin baş verdiyini deyən S.Tekeli əməkdaşlığın davamlı və qarşılıqlı faydalı olacağına əminliyini bildirib.

İki universitet arasında əməkdaşlığın konkret addımlarla möhkəmlənməsindən məmnunluğunu bildirən Qazi Universitetinin Kompüter mühəndisliyi bölümü rəhbəri Osman Ayhan Erdem MDU-da müasir ixtisaslar üzrə kadr hazırlığının, informasiya texnologiyaları sahəsinin diqqət mərkəzində saxlanılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Müasir dövrdə mühəndislik ixtisaslarının önəmindən danışan A.Erdem rəhbərlik etdiyi bölümdə tədris və elmi fəaliyyətin təşkili ilə bağlı təcrübələrini bölüşüb. Kompüter mühəndisliyi ixtisası üzrə ali təhsil proqramının yaradılması ilə bağlı müvafiq dəstəyin göstərilməsinə hazır olduqlarını diqqətə çatdıran A.Erdem MDU-nun kollektiv üzvlərinə uğurlar arzulayıb.

MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvlərinin, tələbə və magistrantlarının böyük marağına səbəb olan görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Sonra, nümayəndə heyəti ilə Mühəndislik fakültəsində görüş keçirilib. Görüşdə fakültələr arasında tələbə və müəllim mübadiləsi, ortaq araşdırma mərkəzinin yaradılması, birgə tədqiqatların yerinə yetirilməsi və məqalələrin hazırlanması, təhsilalanların və təhsil verənlərin praktiki bacarıqlarının artırılması, ikili diplom və sertifikat proqramlarının reallaşdırılması, ortaq layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, magistratura ali təhsil proqramlarının inteqrasiyası və digər istiqamətlər üzrə birgə fəaliyyətin perspektivləri barəsində ətraflı müzakirələr aparılıb və müvafiq ilkin razılıq əldə edilib.

Görüşlərdən sonra, qonaqlar universitetin bir qrup kollektiv üzvü ilə birlikdə Mingəçevir Sənaye Parkı və “Azərbaycan İES”-də ekskursiyada olublar, Mingəçevir Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi əsas hədəflərindən biri kimi müəyyənləşdirən MDU-da qabaqcıl xarici ali təhsil müəssisələri ilə işbirliyinə xüsusi diqqət yetirilir. MDU-nun Gazi Universiteti ilə əməkdaşlığının inkişafı universitetin potensialının gücləndirilməsində və müasir tələblərə uyğun keyfiyyətli kadr hazırlığının təmin edilməsində mühüm rol oynayır.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.