Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti 2022/2023-cü tədris ili üçün magistratura səviyyəsinə qəbul elan edir

846

Mingəçevir Dövlət Universiteti (MDU) 2022/2023-cü tədris ili üçün magistratura səviyyəsinə 15 ixtisas üzrə qəbul elan edir.

Namizədlər 2022-ci ilin 29 iyun tarixindən 5 iyul tarixinədək Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ixtisas seçimi müsabiqəsində iştirak edə bilərlər.

Ətraflı məlumat əldə etmək və yaranabiləcək sualların cavablandırılması üçün “qebul@mdu.edu.az” elektron poçt ünvanı, (+994 24) 275 8549 və (+994 51) 642 2372 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

MDU-da qəbul aparılan ixtisasların siyahısı:

1Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
 Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası
2Xarici dil müəllimliyi (dillər üzrə)
 Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili)
3Riyaziyyat müəllimliyi
 Riyaziyyatın tədrisi metodikası və metodologiyası
4Tarix müəllimliyi
 Tarix fənninin tədrisi metodikası və metodologiyası
5İnformatika müəllimliyi
 İnformatika fənninin tədrisi metodikası və metodologiyası
6İbtidai sinif müəllimliyi
 İbtidai sinifdə tədrisin metodika və metodologiyası
7İqtisadiyyat
 İqtisadiyyatın tənzimlənməsi
8Sənayenin təşkili və iadrə edilməsi
 İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə)
9Biznesin idarə edilməsi
 Biznesin təşkili və idarə edilməsi
10Dövlət və bələdiyyə idarəetməsi
 Regional idarəetmə
11Elektroenergetika mühəndisliyi
 Elektroenergetika
12İstilik energetikası mühəndisliyi
 İstilik elektrik stansiyaları
13Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
 Yol hərəkətinin təşkili və təhlükəsizliyi
14İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
 İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri
15Ekologiya mühəndisliyi
 Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması

Şərhlər bağlıdır.