Millimiz MDB Oyunlarını 9 medalla başa vurdu
Azərbaycanın stolüstü tennis millisi MDB Oyunlarında həm fərdi, həm də ümumi nəticədə uğurlu çıxışla ölkəmizi təmsil edib.
Azərbaycanın stolüstü tennis millisi III MDB Oyunlarında uğurlu çıxışını tamamlayıb.
Fərdi yarışların final mərhələsində millimizin idmançıları Adil Əhmədzadə və Mərziyyə Nurmətova Rusiya təmsilçiləri Yevgeni Vasikov və Zlata Terekova ilə üz-üzə gəlib. Hər üç setdə rəqiblərinə uduzan idmançılarımız gümüş medallarla təltif olunublar.
Bununla da stolüstü tennis üzrə yarışlar başa çatıb. Azərbaycan millisi ümumilikdə 6 gümüş və 3 bürünc medalla, yəni 9 medalla Oyunları tamamlayıb.
Qeyd edək ki, III MDB Oyunlarına 13 ölkədən 1624 idmançı qatılıb və yarışlar oktyabrın 8-də yekunlaşacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.