Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Milli Qəhrəman Natiq Qasımovun büstü açıldı

Tədbir onun təhsil aldığı 4 nömrəli orta məktəbdə keçirildi, mərasimdə elm və təhsil naziri də iştirak etdi

159

Bu gün Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun təhsil aldığı 4 nömrəli orta məktəbdə onun büstünün açılışı keçirilib.

Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Qəhrəmanın ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonunda anadan olub, uşaqlıq və gənclik illərini Mingəçevirdə keçirib. Birinci Qarabağ müharibəsi zamanı Xocalı yaxınlığında yerləşən strateji mövqedə təkbaşına günlərlə döyüşərək düşmənin irəliləməsinin qarşısını alıb. Mülki əhalinin xilas olunması üçün sonda əlində Azərbaycan bayrağı ilə təslim olub. Onun sonrakı taleyi naməlumdur.

Qeyd edək ki, 2024-cü ildə həmin məktəbə Natiq Qasımovun adı verilib. O, Prezidentin sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.