Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Mingəçevirdə fəaliyyət göstərən mətbuat işçiləri ilə gənclərin görüşü keçirilib
“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi mətbuat işçilərini təbrik edib.
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Fərman Nəbiyev, mi-news.az saytının redaktoru Yeganə Nəbiyeva, “Alpaninfo” və “Yeniavaz” saytlarının bölgə müxbiri Esmira Hidayətovanın iştirak etdiyi görüşdə gənclərə milli mətbuatımızın yaranması, keçdiyi çətin və keşməkeşli inkişaf yolu ilə bağlı məlumat verilib. Mətbuatın cəmiyyətin güzgüsü olduğunu deyən mətbuat işçiləri jurnalistika sahəsinin çətinlikləri önə çəkib və informasiyanı xalqa və dünyaya çatdırmaqda rolundn bəhs ediblər.
Sualların cavablandıran qonaqlar jurnalist olmaq istəyən və bu sahəyə yeni başlayan gənclərə öz tövsiyələrini veriblər. Jurnalistlər onları hər zaman operativ olmağa, dürüst və qərəzsiz mövqe nümayiş etdirməyə çağırıblar.
Tədbir müxtəlif mövzuların sosial mediada işıqlandırılmasının müzakirəsi ilə yadda qalıb.
Şərhlər bağlıdır.