Milli Məclisdə payız sessiyasının növbəti iclası
Deputatlar bu gün 11 mühüm qanun layihəsini müzakirə edirlər — gündəlikdə “Zəfər Günü” bəyanatı və bir sıra vacib dəyişikliklər var.
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.
İclasın gündəliyinə 11 məsələ daxil edilib.
Müzakirəyə çıxarılan məsələlər bunlardır:
-
8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə bağlı Milli Məclisin Bəyanatı;
-
“Dövlət xidmətləri haqqında” qanun layihəsi (III oxunuş);
-
“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik layihəsi (III oxunuş);
-
Mülki, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər (III oxunuş);
-
“İpoteka haqqında” qanuna dəyişiklik layihəsi (III oxunuş);
-
Cinayət Məcəlləsinə dəyişikliklər (III oxunuş);
-
“Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsi (II oxunuş);
-
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik (II oxunuş);
-
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklər (II oxunuş);
-
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi (II oxunuş);
-
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik layihəsi (I oxunuş).
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.