Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Milli Məclisdə payız sessiyasının növbəti iclası

Deputatlar bu gün 11 mühüm qanun layihəsini müzakirə edirlər — gündəlikdə “Zəfər Günü” bəyanatı və bir sıra vacib dəyişikliklər var.

6

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.
İclasın gündəliyinə 11 məsələ daxil edilib.

Müzakirəyə çıxarılan məsələlər bunlardır:

  1. 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə bağlı Milli Məclisin Bəyanatı;

  2. “Dövlət xidmətləri haqqında” qanun layihəsi (III oxunuş);

  3. “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik layihəsi (III oxunuş);

  4. Mülki, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər (III oxunuş);

  5. “İpoteka haqqında” qanuna dəyişiklik layihəsi (III oxunuş);

  6. Cinayət Məcəlləsinə dəyişikliklər (III oxunuş);

  7. “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsi (II oxunuş);

  8. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik (II oxunuş);

  9. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklər (II oxunuş);

  10. “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi (II oxunuş);

  11. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik layihəsi (I oxunuş).

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.