Bu gün Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib. Sessiyanın gündəliyinə 12 vacib məsələ daxil edilib:
-
Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ilə bağlı Milli Məclisin bəyanatının təsdiqi.
-
2025-ci il payız sessiyasının qanunvericilik işləri planının qəbul edilməsi.
-
Ombudsman haqqında Konstitusiya qanununda dəyişikliklərin ikinci oxunuşda müzakirəsi.
-
Ozon qatını dağıdan maddələr və Kiqali Düzəlişinin təsdiqi ilə bağlı qanun layihəsinin təqdim edilməsi.
-
Dabaq xəstəliyinə nəzarət üzrə Avropa Komissiyasının nizamnaməsinə qoşulma məsələsinin müzakirəsi.
-
Müstəqil Dövlətlər Birliyi ölkələrinin ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətlərə qarşı əməkdaşlıq sazişinin təsdiqi.
-
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (ÜTİK-25) ilə bağlı Azərbaycan və Beynəlxalq Telekommunikasiya İttifaqı arasında sazişin təsdiqlənməsi.
-
İslam İnkişaf Bankı Qrupu ilə Azərbaycan hökuməti arasında 2026-cı il illik toplantılarına dair anlaşma memorandumu.
-
Rotterdam Konvensiyasına qoşulma və beynəlxalq ticarətdə təhlükəli kimyəvi maddələrə nəzarət prosedurlarının təsdiqi.
-
Bəhreyn Krallığında (Manama) Azərbaycanın səfirliyinin təsis edilməsi.
-
Tibbi sığorta haqqında qanunda dəyişikliklərin birinci oxunuşda müzakirəsi.
-
Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanunda dəyişikliklərin birinci oxunuşda təqdim olunması.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.