Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Metroda ödəniş məsafəyə görə dəyişə bilər

Yeni tarif modeli gedişhaqqının məsafə, zona və sərnişin kateqoriyalarına əsaslanmasını nəzərdə tutur, xidmət keyfiyyətinin yüksəldilməsi prioritetdir

728

Metroda gedişhaqqının məsafəyə görə hesablanması ilə bağlı yeni yanaşmalar müzakirə olunur.

Hazırda Bakı metrosunda vahid tarif sistemi tətbiq edilsə də, alternativ modellərlə bağlı analitik araşdırmalar davam etdirilir. Məsafə, zona bölgüsü və sərnişin kateqoriyalarına əsaslanan fərqli tarif mexanizmləri üzərində aparılan təhlillər gələcəkdə daha çevik və iqtisadi baxımdan əsaslandırılmış ödəniş sisteminin formalaşdırılmasına şərait yarada bilər.

Bu barədə Bakı Metropoliteni QSC-nin Maliyyə departamentinin rəhbəri Kamal Hüseynli verdiyi müsahibədə tarif siyasətində mümkün dəyişikliklərdən danışarkən bildirib.

Onun sözlərinə görə, nəzərdə tutulan yeniliklərin məqsədi sadəcə gəlirlərin artırılması deyil, eyni zamanda metro xidmətlərinin təhlükəsizliyinin, dayanıqlığının və etibarlılığının yüksəldilməsidir. Yeni tarif yanaşması çərçivəsində siqnalizasiya və enerji infrastrukturunun yenilənməsi, qatarların hərəkət qrafikinin daha stabil və elastik təşkili, intervalın azaldılması, 34 cüt qatarın istismara cəlb edilməsi imkanlarının genişləndirilməsi, eləcə də stansiyalarda xidmət səviyyəsinin artırılması əsas prioritetlər sırasında yer alır.

Departament rəhbəri qeyd edib ki, həyata keçirilən işlərin nəticələri növbəti maliyyə və fəaliyyət hesabatlarında ətraflı əks olunacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.