Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MESİAD Azərbaycanda sənaye infrastrukturunu gücləndirir

İlk mərhələdə kran istehsal fabriki qurulacaq, növbəti iki ildə isə 12 böyük layihə həyata keçiriləcək

485

MESİAD Azərbaycan İdarə Heyətinin yeni sədri Fuat Kayhan növbəti iki il ərzində 12 iri layihənin həyata keçirilməsini hədəflədiklərini açıqlayıb.

O bildirib ki, bu layihələr üçün xüsusi sənaye və investisiya komissiyası yaradılacaq:
“Layihələr KOBİA, Azərbaycan İqtisadiyyat Nazirliyi, Türkiyənin İqtisadiyyat Nazirliyi və MÜSİAD Baş Qərargahı tərəfindən birgə dəstəklənəcək”.

F.Kayhan əlavə edib ki, fəaliyyətə başlayacaq istehsal müəssisələri ilə qlobal rəqabətədavamlı sənaye infrastrukturu qurulacaq:
“İlk istehsal müəssisəsi kran istehsal fabriki olacaq. 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda kran istehsal edən sənaye obyektinin yaradılması işlərinə start verəcəyik. Türkiyədə kran istehsal edən bir çox MÜSİAD üzvü şirkətləri var və bu sektoru Azərbaycan markalı istehsalla birləşdirmək əsas hədəfimizdir”.

O, eyni zamanda, layihələrin uğurla reallaşması üçün Azərbaycan hökumətinin lazımi dəstəyini alacaqlarına əminliyini ifadə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.